Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı Türk Tarix Qurumu və İğdır Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Türk-erməni münasibətləri” mövzusunda birinci beynəlxalq elmi simpoziumda iştirak edib.
Türkiyə, Azərbaycan, ABŞ, İtaliya, Hindistan və Ukrayna tarixçilərinin iştirak etdiyi simpoziumun bölmə iclasında M.Qasımlının “XIX əsrin sonları - XX əsrin əvvəllərində İğdırda erməni silahlı dəstələrinin törətdikləri qırğınlar (Rusiya və Gürcüstan arxiv mənbələri əsasında)” mövzusunda məruzəsi maraqla qarşılanıb.
Simpoziumun yekun dəyərləndirməsini AMEA-nın müxbir üzvü M.Qasımlı, Türkiyənin görkəmli tarixçiləri - professorlar Kamal Çiçək, Hikmət Öksüz və Esen Dayı aparıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.