Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Coğrafiya İnstitutunun əməkdaşı IV “Mobillik qrantı” müsabiqəsinin qalibi olub
18.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Coğrafiya İnstitutunun əməkdaşı IV “Mobillik qrantı” müsabiqəsinin qalibi olub

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun doktorantı və kiçik elmi işçisi Rauf Əmənov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2014-cü ildə keçirilmiş IV “Mobillik qrantı” müsabiqəsinin qalibi olub.

Layihəyə əsasən, R.Əmənov iyul ayında Böyük Britaniyanın paytaxtı Londonda Ətraf Mühit Sistemləri Tədqiqat İnstitutunda “Əhali məskunlaşmasının ArcGİS proqram təminatı imkanlarından istifadə edilərək öyrənilməsi” mövzusunda keçiriləcək 4 günlük təlimdə iştirak edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: