www.science.az
17.10.2019 09:29

Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun əməkdaşları AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda olublar

Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) nümayəndələri - təlimlər qrupunun rəhbəri Eun Yo Kim, layihənin koordinatoru So Hyun Kvon, Hanbat Universitetinin professoru Yonq İn Çoi AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda olublar.

İnstitutun direktoru, akademik Telman Əliyev qonaqlara rəhbərlik etdiyi qurumda həyata keçirilən layihələr barədə məlumat verib.

Daha sonra STEPİ-nin nümayəndələri elmi müəssisədə görülən son işlərlə bağlı sərgi ilə tanış olublar.

Görüşdə iki institut arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.