www.science.az
08.10.2019 10:21

Radiasiya Problemləri İnstitutunda makedoniyalı alimlərlə görüş keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunda Makedoniyanın Mədəni İrsin Qorunması üzrə Milli İnstitutunun əməkdaşları Sanja Velkovska və Lule Prusi ilə görüş keçirilib.

Görüşdə institutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov qonaqlara elmi müəssisənin tarixi, tədqiqat istiqamətləri, əldə olunan nəticələr, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələri barədə məlumat verib.

Makedoniyalı alimlər isə təmsil etdikləri elmi müəssisənin fəaliyyətindən bəhs ediblər.

Daha sonra qonaqlar Radiasiya Problemləri İnstitutunun laboratoriyaları ilə tanış olublar. Onlara institutda fəaliyyət göstərən Arxeoloji tapıntıların tarixləndirilməsi qrupu tərəfindən laboratoriyada yaş təyini istiqaməti üzrə aparılan tədqiqatlar və cihazlar barədə məlumat verilib.

Sonda müəssisələr arasında əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.