www.science.az
07.10.2019 12:50

Mərkəzi Nəbatat Bağı vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AMEA-nın Mərkəzi Nəbatat Bağı aşağıdakı boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir: 

Örtülü şəraitdə becərilən bitkilər laboratoriyası üzrə:

Laboratoriya müdiri -1 ştat vahidi

Baş elmi işçi -1 ştat vahidi

Nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyası üzrə:

Elmi işçi - 2 ştat vahidi

Bitkilərin mühafizəsi və monitorinqi laboratoriyası üzrə:

Kiçik elmi işçi - 2 ştat vahidi

Çiçəkçilik laboratoriyası üzrə:

Laboratoriya müdiri - 1 ştat vahidi

Kiçik elmi işçi - 1 ştat vahidi

Bitkilərin xəstəlik və zərərvericilərlə mübarizə sektoru üzrə:

Sektor rəhbəri - 1 ştat vahidi

Kiçik elmi işçi - 1 ştat vahidi

Toxumçuluq sektoru üzrə:

Sektor rəhbəri - 1 ştat vahidi

Mərkəzi Nəbatat Bağı üzrə əməkdaşların növbəti attestasiyasını keçirmək məqsədilə tələb olunan sənədlər:

- iddiaçının şəxsiyyət vəsiqəsinin surəti;

- kadrların şəxsi uçot vərəqi;

- tərcümeyi-hal;

- xasiyyətnamə;

- əmək kitabçasının iş yerində  təsdiq olunmuş surəti (əmək fəaliyyətinə yeni başlayanlar istisna olmaqla);

- elmi dərəcə, elmi ad və elmi rütbə haqqında sənədlərin notarial qaydada təsdiq olunmuş surətləri;

- yerinə yetirilmiş elmi tədqiqat  işləri, həmçinin elmi və elmi texniki layihə, müsabiqə, qrant və proqramlarda iştirak haqqında məlumat;

- müəlliflik hüququ və ya patent hüququ ilə qorunan əqli mülkiyyət obyektlərinin qeydiyyatı haqqında şəhadətnamələrin surəti; 

- elmi əsərlərin elmi müəssisə və təşkilatın elmi katibi tərəfindən təsdiq olunmuş siyahısı.

Müsabiqədə fəlsəfə və elmlər doktoru elmi dərəcəsi və yuxarıda göstərilən elm sahələrində böyük iş təcrübəsi olan  elmi işçilər iştirak edə bilərlər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən bir ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Ünvan: AZ1004, Bakı səhəri, Badamdar şossesi, 40

Əlaqə telefonu: (+994 12) 502 43 21, (+994 51) 847 75 99

Email: drnilufar@mail.ru              

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.