www.science.az
07.10.2019 09:26

Mərkəzi Elmi Kitabxanada “Kətan üzərində düşüncələr” adlı rəsm sərgisi açılıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) rəssam Nərminə Rasizadənin “Kətan üzərində düşüncələr” adlı rəsm və dekorativ əsərlərindən ibarət fərdi sərginin açılışı olub.

Tədbirdə çıxış edən MEK-in direktoru, t.ü.f.d. Leyla İmanova kitabxananın yalnız elmi mərkəz deyil, həmçinin müxtəlif informasiyaları oxuculara fərqli formatlarda təqdim edən məkan olduğunu söyləyib.

Nümayiş edilən əsərlər barədə məlumat verən rəssam Nərminə Rasizadə sərginin təşkil edilməsində verdiyi dəstəyə görə MEK-in kollektivinə təşəkkürünü bildirib.

Sərgi oktyabrın 9-dək davam edəcək.

Qeyd edək ki, Nərminə Rasizadənin rəsmləri Budapeşt, Brüssel, Lüksemburq və Parisdəki sərgilərdə nümayiş olunub. Rəssamlıq və dekorativ əsərlərinin 30-dan çoxu Azərbaycan, Türkiyə, Rusiya, Macarıstan, Fransa, Lüksemburq, İngiltərə və ABŞ-dakı şəxsi kolleksiyalardadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.