Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Veb-analitika: mahiyyəti, problemləri və perspektivləri” adlı ekspress-informasiya işıq üzü görüb
30.09.2019 15:49
  • A-
  • A
  • A+

“Veb-analitika: mahiyyəti, problemləri və perspektivləri” adlı ekspress-informasiya işıq üzü görüb

İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) elmi şurasının qərarı ilə “Veb-analitika: mahiyyəti, problemləri və perspektivləri” adlı ekspress-informasiya işıq üzü görüb.

Yeni nəşrin müəllifi İTİ-nin böyük elmi işçisi Könül Daşdəmirova, elmi redaktoru isə institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovadır.

Ekspress-informasiyada veb-analitikanın mahiyyəti, müasir vəziyyəti və problemləri araşdırılıb, bu sahə üzrə aparılan elmi-nəzəri tədqiqatlar təhlil edilib. Eyni zamanda, veb-analitika üzrə standartlar tədqiq olunub və bu sahə üzrə keçirilən konfranslar barədə məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: