Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan-özbək ədəbi əlaqələrinə dair yeni nəşr
30.09.2019 12:46
  • A-
  • A
  • A+

Azərbaycan-özbək ədəbi əlaqələrinə dair yeni nəşr

AMEA akademik Z.M.Bünyadov adı­na Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin aparıcı el­mi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Həşimovanın “Milli-ideoloji məsələlər konteks­tin­də Azərbaycan-özbək ədəbi əlaqələri” monoqrafiyası işıq üzü görüb.

Monoqrafiyada zəngin tarixə malik Azərbaycan və özbək ədəbi əla­qələri çoxsaylı faktlar və materiallar əsasında araşdırılıb, müasir Azərbaycan və özbək poeziyalarının or­taq xüsusiyyətləri, qarşılıqlı bədii tərcümə problemləri, müstəqillik dövründə Azərbaycan və özbək xalqlarının ədəbiyyat­la­rı­nın nəzəri-tipoloji müqayisəsi və digər elmi-ədəbi məsələlər işıqlandırılıb.

Dörd fəsil və on iki bölmədən ibarət yeni nəşr müasir özbək ədəbiyyatının öyrənil­mə­si, türk xalqlarının inteqrasiyası, ədəbi əlaqələrin or­taq və milli inkişaf xüsusiyyətlərinin müəyyənləşməsi baxımından əhəmiyyətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: