Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Cahana sığmaz Nəsimi" kitabı nəşr olunub
30.09.2019 10:42
  • A-
  • A
  • A+

"Cahana sığmaz Nəsimi" kitabı nəşr olunub

Azərbaycan Dövlət Tərcümə Mərkəzində böyük Azərbaycan şair və mütəfəkkiri İmadəddin Nəsimiyə həsr olunan "Cahana sığmaz Nəsimi" adlı kitab nəşr edilib.

Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar dünyanın müxtəlif ölkələrində İmadəddin Nəsiminin kitabları çap olunur, böyük şairin həyatı və yaradıcılığı ilə bağlı müxtəlif tədbirlər, layihələr həyata keçirilir. "Cahana sığmaz Nəsimi" kitabı İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili”nə həsr olunub.

Şairin 320-yə qədər qəzəlinin toplandığı kitabın redaktoru və "Ön söz"ün müəllifi AMEA Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: