Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi qeyd olunacaq
30.09.2019 10:29
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi qeyd olunacaq

Oktyabrın 2-də saat 11:00-da AMEA-nın Əsas binasının Dairəvi akt zalında Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinə həsr olunan “Müasir kimyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın keçirilməsində məqsəd kimya sahəsində son nailiyyətlərin, kimyanın tədrisi problemlərinin müzakirəsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi, respublika və xarici tədqiqatçılar, elmi-tədqiqat institutları və ali təhsil müəssisələri arasında elmi əlaqələrin yaradılmasıdır. 

Tədbir "Neft, yanar şistlər, səmt qazları və təbii qazların emalının aktual problemləri", "Neft-kimya sintezinin perspektiv istiqamətləri, kompüter kimyası", "Ekologiya və enerji problemlərinin həllində “yasıl kimya”", "Aqrokimya və farmokimyanın aktual problemləri", "Nanotexnologiyalar", "Katalizatorlar, katalitik sistemlər, katalitik proseslər, proseslərin optimallaşdırılması və riyazı modelləşdirilməsi", "Səthi-aktiv maddələr və xüsusi təyinatlı reagentlər" və "Kimyanın tədrisinə yeni yanaşmalar (elm və təhsilin inteqrasiyası)" bölmələri üzrə təşkil ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: