Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Elmin İnkişafı Fondunda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
13.06.2014 00:00
  • A-
  • A
  • A+

Elmin İnkişafı Fondunda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən Fondun icraçı direktoru Elçin Babayev ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi və həmin dövrdə mövcud olan siyasi şəraitdən söz açıb: “Məhz ulu öndərin yüksək siyasi məharəti ilə Azərbaycan vətəndaş müharibəsindən, siyasi xaosdan qurtula bildi, ölkə uzunmüddətli inkişaf yoluna qədəm qoydu. Azərbaycanın dünya birliyində yerinin daha da möhkəmlənməsi, stabil və inkişaf edən, vətəndaşını qoruyan ölkəyə çevrilməsi bu günün önəmini daha da artırır”. E.Babayev, həmçinin əsası ümummilli lider tərəfindən qoyulmuş siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanda son illər bütün sahələrdə olduğu kimi, elmin inkişafı sahəsində də yüksək nailiyyətlərin əldə olunduğunu bildirib.

Tədbirdə çıxış edən Fondun 4-cü “Mobillik qrantı”nın qaliblərindən Rüfət Quliyev (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) və Hacızadə Muxtar (Xəzər Universiteti) Milli Qurtuluş Günü ilə bağlı fikirlərini bölüşərək, ölkədə, gənc alim və tədqiqatçılara yaradılan şəraitə görə minnətdarlıq ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: