Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Milli Azərbaycan Tarixi Muzeyində yeni laborator avadanlığın təqdimatı olacaq
13.06.2014 00:00
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində yeni laborator avadanlığın təqdimatı olacaq

İyunun 19-da saat 11.00-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikasının Prezidenti yanındaElmin İnkişafı Fondunun qrantı ilə “MATM Bərpa laboratoriyasının müasir cihaz və qurğularla təchiz olunması” layihəsi çərçivəsində alınmış avadanlıqların təqdimat mərasimi keçiriləcək.

Tədbirdə AMEA rəsmiləri, Elmin inkişaf Fondunun rəhbər heyəti və alimlər iştirak edəcək.

Qeyd edək ki, ən müasir tələblərə cavab verən avadanlıqlar müxtəlif xarakterli tarixi eksponatların bərpası üçün nəzərdə tutulub.

Avadanlıqıar istər şəxsi kolleksiyalarda olan, istərsə də arxeoloji tədqiqatlar zamanı aşkarlanmış istənilən növ tarixi materialların təmizlənməsi və sonrakı bərpası üçün geniş imkanlar yaradacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: