Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Mikroorqanizmlər və onların həyatımızdakı faydaları” mövzusunda müsabiqə keçiriləcək
24.09.2019 14:41
  • A-
  • A
  • A+

“Mikroorqanizmlər və onların həyatımızdakı faydaları” mövzusunda müsabiqə keçiriləcək

AMEA-nın Mikrobiologiya İnstitutu 17 noyabr Milli Dirçəliş Günü ilə əlaqədar V-XI sinif şagirdlər arasında “Mikroorqanizmlər və onların həyatımızdakı faydaları” mövzusunda müsabiqə elan edir.

Müsabiqədə məktəblilərin bakteriya və göbələklərin (makroskopik və ya mikroskopik) zərərli və faydalı xüsusiyyətləri, təbiətdəki rolu, biotexnoloji əhəmiyyətinə dair əl işləri (rəsm, tikiş, maket, konstruktiv qurğu və s.) qəbul ediləcək.

Qalib şagirdlər aşağıdakı formada təltif olunacaq:

- Birinci yerin qalibi diplom və pul mükafatı, müəllimi diplom;

- İkinci və üçüncü yerin qalibi olan şagird diplom və pul mükafatı, müəllimi diplom;

- Bir nəfərə həvəsləndirici diplom;

- Əl işləri xüsusi seçilən digər şagirdlərə isə sertifikatlar veriləcək.

Müraciətlər noyabrın 1-dək qəbul olunacaq.

Tel.: (+994 12) 502 44 70.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: