Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Əlyazmalar İnstitutunun nəşri İspaniya Milli Kitabxanasının fonduna daxil edilib
24.09.2019 12:25
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun nəşri İspaniya Milli Kitabxanasının fonduna daxil edilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun multidissiplinar əlyazmalar haqqında Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi “Azərbaycan multidissiplinar əlyazması: xəzinədən incilər” kitabının ingiliscəsi (“Multidisciplinary manuscripts of Azerbaijan: Masterpieces of the treasury”, Baku-2017) İspaniya Milli Kitabxanasının fonduna daxil edilib.

Kitabxananın Hədiyyə və mübadilə xidmətinin rəhbəri San Xuan Nünes nəşrə görə Əlyazmalar İnstitutuna təşəkkür məktubu göndərib.

Qeyd edək ki, kitabın ideya müəllifi və elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, layihənin rəhbəri Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: