Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fransa-Azərbaycan Universitetinin tələbələrinə təlimlər keçilib
24.09.2019 09:12
  • A-
  • A
  • A+

Fransa-Azərbaycan Universitetinin tələbələrinə təlimlər keçilib

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən Fransa-Azərbaycan Universitetinin 4-cü kurs tələbələrinə geofiziki cihazlardan istifadə və həmin cihazlarla aparılan tədqiqatlar zamanı alınmış məlumatların emal edilməsinə dair təlimlər keçilib.

Təlim iki qurum arasında əldə olunmuş razılaşmaya əsasən baş tutub.

Beş gün ərzində Qobu ərazisində seçilmiş poliqonda keçirilən təlimdə, həmçinin Fransanın Strasburq Universitetinin əməkdaşları Maksim Bano və Şeldon Varden tərəfindən GPR, elektrik və elektromaqnit tədqiqat işləri üzrə təlim kursları təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: