Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Mərkəzi Elmi Kitabxanasında Rusiya Elmlər Akademiyasından daxil olan elmi jurnalların sərgisi keçirilib
13.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Mərkəzi Elmi Kitabxanasında Rusiya Elmlər Akademiyasından daxil olan elmi jurnalların sərgisi keçirilib

Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Rusiya Elmlər Akademiyasının (REA) Təbiət Elmləri üzrə Kitabxanasından yeni daxil olan 154 adda, 1700-dən çox elmi jurnalların sərgisi keçirilib.

Sərgidə kitabxananın elmi işlər üzrə direktor müavini Firəngiz Hüseynova jurnallar haqqında sərgi iştirakçılarına geniş məlumat verərək bildirib ki, REA-nın Təbiət Elmləri üzrə Kitabxanasından MEK-ə daxil olan bu jurnallar bir çox elm sahəsini əhatə edir. Jurnallarda Azərbaycan alimlərinin də 200-ə yaxın elmi məqaləsi nəşr olunub. Həmin məqalələr MEK-in Azərbaycanşünaslıq şöbəsinin biblioqrafları tərəfindən “Azərbaycanda elm və mədəniyyət” adlı elektron kartotekaya və Azərbaycanşünaslıq elektron informasiya mərkəzinin müvafiq məlumat bazalarına daxil edilib.

Əsasən 2012 - 2013-cü illəri əhatə edən nəşrlərdə fizika-riyaziyyat, kimya, yer, biologiya, ictimai-humanitar, texniki, tibb, fəlsəfə və s. elm sahələri üzrə yüzlərlə elmi araşdırmalar dərc olunub.

Qeyd edək ki, sərgi 10 gün müddətində davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: