Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Botanika İnstitutunun alimləri İtaliyada beynəlxalq konqresdə iştirak ediblər
23.09.2019 15:25
  • A-
  • A
  • A+

Botanika İnstitutunun alimləri İtaliyada beynəlxalq konqresdə iştirak ediblər

Azərbaycan Botanikləri Cəmiyyətinin sədri, Botanika İnstitutunun direktoru, akademik Validə Əli-zadə, həmin institutun laboratoriya müdiri, AMEA-nın professoru Dilzarə Ağayeva və aparıcı elmi işçi, b.ü.f.d. Kəmalə Əsədova İtaliya Botanika Cəmiyyətinin VI Konqresində iştirak ediblər.

Tədbir İtaliya Botanika Cəmiyyəti və İtaliya Bitkiçilik Biologiyası Cəmiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.

Müasir biologiya elminin aktual problemlərinə həsr olunan konqresdə bitki sistematikası, taksonomiyası, fiziologiyası, biokimyası sahələrində müasir yanaşmalara dair təqdimatlar dinlənilib. Akademik V.Əlizadə “Azərbaycanın Quba və Qusar rayonlarının yabanı otlarının morfoloji və molekulyar identifikasiyası”, D.Ağayeva “Azərbaycanda Castanea sativaq qabığı göbələklərin molekulyar və morfoloji xarakteristikası”, K.Əsədova “Azərbaycanda Xəzər dənizinin sahil hissəsinin floral tərkibinin və bitki örtüyünün transformasiyası” mövzularında məruzələrlə çıxış ediblər.

Bununla yanaşı, akademik V.Əlizadə Padova Botanika Bağının direktoru Barbara Baldan ilə görüşüb. Görüş zamanı gələcəkdə mütəxəssislərin burada təcrübə keçməsinin mümkünlüyü müzakirə olunub. Həmçinin Milan Universitetinin professoru Sara Vitalini ilə dərman əhəmiyyətli bitkilərin biokimyəvi tərkibinin öyrənilməsi və alınan ekstraktların həyat keyfiyyətinə təsirini araşdırmaq üçün imkanlar barədə söhbət aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: