Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
23.09.2019 12:27
  • A-
  • A
  • A+

Azərbaycan alimi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və "Beynəlxalq Qızıl Ulduz” medalı ilə təltif edilib.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi, prof. Elçin İsgəndərzadə muzeyi ziyarət edib, akademiyaya üzvlük diplomunu və medalı alimə təqdim edib. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə N.Vəlixanlının bu qurumun həqiqi üzvü seçildiyini və "Beynəlxalq Qızıl Ulduz” medalına layiq görüldüyünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: