Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” kitabının ikinci nəşri işıq üzü görüb
23.09.2019 10:39
  • A-
  • A
  • A+

“Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” kitabının ikinci nəşri işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” kitabının ikinci nəşri çapdan çıxıb.

Nəşrdə müəllifin Naxçıvanın elmi, ədəbi və mədəni mühitinə həsr edilən və müxtəlif illərdə qəzet, jurnal və toplularda çap olunan məqalələri toplanılıb. Məqalələrdə şair və yazıçılardan Nadim, Cəlil Məmmədquluzadə, Əliqulu Qəmküsar, Hüseyn Cavid, Seyid Səbri, Hüseyn Razi, o cümlədən elm, maarif və mədəniyyət xadimlərindən Mirbağır Mirheydərzadə, Məmmədhüseyn Təhmasib, Ağa Məhəmməd Əkbərov, Həsənbəy Qazıyev və Şamil Qazıyevin fəaliyyəti, onlarla bağlı bəzi məsələlər yer alıb.

İkinci kitabda, həmçinin Naxçıvan teatrının yaranması, muxtar respublikanın elmi mühitinin yetirmələrinin müxtəlif nəşriyyatlar tərəfindən çap edilən kitablarına rəylər, müəllifin müsahibə və təəssüratları öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: