Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Strateji Elmi Tədqiqatlar Mərkəzinin hərbi məmulatı Azərbaycan ordusunda istifadə olunacaq
20.09.2019 16:08
  • A-
  • A
  • A+

Strateji Elmi Tədqiqatlar Mərkəzinin hərbi məmulatı Azərbaycan ordusunda istifadə olunacaq

Sentyabrın 13-dən 19-dək AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi təlimlər keçirilib.

Müdafiə Nazirliyinin dəvətinə əsasən, AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının növbəti birgə layihəsinin son hazır nümunəsi (hərbi məmulat) real ərazi şəraitində qiymətləndirilib.

Belə ki, maksimal distansiya, mürəkkəb relyef (dağ-meşə, qayalıq ərazilərdə), gecə vaxtı və çətin radioelektron mübarizə mühitində keçirilən təlimlərdə SETM-in hərbi məmulatı qarşıya qoyulan tələblərə tam cavab verib və texniki parametrlərinə görə potensial döyüş şəraitində istismarı (idarə edilməsi) zamanı yüksək nəticələr əldə edilib.

Müdafiə Nazirliyi rəhbərliyinin rəyinə əsasən, SETM, həmçinin AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti “Elm və Texnologiya Parkı” MMC ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının birgə layihələrinin son hazır nümunələrinin Azərbaycan ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: