Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Strateji Elmi Tədqiqatlar Mərkəzinin yeni stendinin sınaq atışları həyata keçirilib
17.09.2019 09:51
  • A-
  • A
  • A+

Strateji Elmi Tədqiqatlar Mərkəzinin yeni stendinin sınaq atışları həyata keçirilib

AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin güc strukturları üçün icra etdiyi layihə çərçivəsində birinci mərhələ həyata keçirilib.

Belə ki, birinci mərhələnin tərkib hissəsini "Müxtəlif növ iri çaplı pulemyotların geri təpmə qüvvəsini ölçən stendin yaradılması" təşkil edib. Yerli mütəxəssislər tərəfindən yaradılan stendi yoxlamaq məqsədilə AR Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin əməkdaşlarının iştirakı ilə sınaq atışları həyata keçirilib.

Proses müsbət nəticələr verib və stend öz işçi parametrlərini sınaq müddətində tam qoruyub.

Hazırda növbəti mərhələyə hazırlıq işləri aparılır və yaxın gələcəkdə yeni sınaq atışlarının keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: