Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Kamal Abdullayev Macarıstanın “Zabit Xaçı” ali ordeni ilə təltif olunub
16.09.2019 09:52
  • A-
  • A
  • A+

Akademik Kamal Abdullayev Macarıstanın “Zabit Xaçı” ali ordeni ilə təltif olunub

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullayev Macarıstan və Azərbaycanın elmi-mədəni əlaqələrinin dərinləşməsindəki roluna görə “Zabit Xaçı” ali xidmət ordeni ilə təltif olunub.

Ordenin təqdimat mərasimində çıxış edən akademik K.Abdullayev macar dili, ədəbiyyatı və macarşünaslığın ADU-nun ən prioritet sahələrindən biri olduğunu söyləyib, Macarıstan səfirliyi ilə perspektivli layihələr həyata keçirdiklərini vurğulayıb.

Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi isə Kamal Abdullayevi görkəmli alim və ölkəsinin dostu adlandırıb.

Daha sonra səfir Macarıstanın “Zabit Xaçı“ ali xidmət ordenini alimə təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: