www.science.az
11.09.2019 11:45

Ağsu Təcrübə-Dayaq Məntəqəsində yetişdirilən məhsul akademiyanın əməkdaşlarına paylanılır

AMEA Zoologiya İnstitutunun Ağsu Təcrübə-Dayaq Məntəqəsinin üzüm bağından əldə edilən məhsulun AMEA-nın elmi bölmələri arasında paylanması prosesi davam edir. Belə ki, bağdan toplanmış 1.5 ton üzüm məhsulu İctimai Elmlər Bölməsinə təhvil verilib.

Xatırladaq ki, Ağsu Təcrübə-Dayaq Məntəqəsində elmi-tədqiqat məqsədilə salınmış 1 hektar üzüm bağında mütəxəssislər tərəfindən bitkinin məhsuldarlığının azalmasına təsir edən zərərvericilər və onlara qarşı inteqrir mübarizə üzrə geniş araşdırma aparılıb.

Tədqiqat işlərinin nəticəsi olaraq bu il üzüm bağından 10 tona yaxın məhsul əldə edilib.

Əldə olunan ilk 1,5 ton məhsul AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə, 800 kiloqram üzüm məhsulu Biologiya və Tibb Elmləri Bölməsinə, 1.5 ton məhsul isə Yer Elmləri Bölməsinə təhvil verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.