Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Qafqazşünaslıq” jurnalının ilk nömrəsi üçün məqalə qəbulu elan edilib
10.09.2019 15:59
  • A-
  • A
  • A+

“Qafqazşünaslıq” jurnalının ilk nömrəsi üçün məqalə qəbulu elan edilib

AMEA-nın Qafqazşünaslıq İnstitutu “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının ilk nömrəsi üçün məqalə qəbuluna başlayır.

Məqalələr Azərbaycan, rus və ingilis dillərində qəbul olunacaq. Təqdim edilən məqalələrin dəqiq strukturu olmalı, analitik xarakter daşımalı və akademik tələblərə cavab verməlidir.

Məqalələr çap və elektron variantlarda tədqiqatın aparıldığı müəssisənin elmi şurasının iclas protokolundan çıxarış və 2 rəylə birgə müəllifin özü tərəfindən redaksiyaya (Akademiya şəhərciyi, H.Cavid pr.117, 4-cü mərtəbə, otaq 448) təqdim edilməlidir.

Çap olunmuş məqalə mütləq müəllif tərəfindən imzalanmalı və redaksiyaya təqdim olunduğu tarix göstərilməlidir. Məqalələri jurnalın elektron poçtuna da (caucasusstudiesjournal@mail.ru) göndərmək olar.

Xatırladaq ki, “Qafqazşünaslıq” jurnalı ölkədə beynəlxalq münasibətlər, regionşünaslıq və siyasi tarix üzrə ilk beynəlxalq indeksli jurnaldır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: