Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

“Horizon 2020” proqramının iştirakçıları Mərkəzi Elmi Kitabxananın fəaliyyəti ilə tanış olublar
09.09.2019 12:21
  • A-
  • A
  • A+

“Horizon 2020” proqramının iştirakçıları Mərkəzi Elmi Kitabxananın fəaliyyəti ilə tanış olublar

Avropa Komissiyasının “Horizon 2020” proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsinin üzvləri AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

Layihənin ümumi əlaqələndiricisi Avstriyanın Karl və Frans adına Qrats Universitetinin Cənub-Şərqi Avropa tarixi və antropologiyası kafedrasının müdiri, professor Karl Kayzer və həmin kafedranın əməkdaşı Dominik Qutmayer kitabxananın fəaliyyəti ilə tanış olub.

Qonaqlar əvvəlcə “Heydər Əliyev - 95”, “Azərbaycan Xalq Cümhuriyyəti - 100”, “İlham Əliyev”, "İsa Həbibbəyli - 70“, “Xocalı soyqırımı”, “31 Mart soyqırımı” mövzusunda nümayiş etdirilən sərgilərə baxıblar. Həmçinin Akademiklər zalında yerləşən Diplomatik fondla, Nadir kitab fondu və Qərbi Avropa ədəbiyyatı fondunun fəaliyyəti ilə də maraqlanıblar.

“Horizon 2020” proqramının iştirakçıları MEK-də qeydiyyatdan keçərək, oxucu bileti əldə ediblər və burada bir neçə gün tədqiqat aparmaq niyyətində olduqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: