Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Həsən bəy Məlikov Zərdabinin Bakı Şəhər Dumasında fəaliyyəti (1897-1907)” kitabı çap olunub
05.09.2019 17:09
  • A-
  • A
  • A+

“Həsən bəy Məlikov Zərdabinin Bakı Şəhər Dumasında fəaliyyəti (1897-1907)” kitabı çap olunub

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli Azərbaycan maarifçisi, ictimai-siyasi xadim Həsən bəy Zərdabinin Bakı Şəhər Dumasındakı fəaliyyətini əks etdirən kitab nəşr olunub.

“Kaspi nəşrləri” seriyasından olan bu toplu Zərdabinin 1897-1907-ci illərdə Dumanın iclaslarındakı fəal iştirakını işıqlandıran “Kaspi” qəzetinin materialları əsasında çap olunub.

Sözügedən kitab 2015-ci ildə “Əkinçi” qəzetinin 140 illik yubileyinə həsr olunmuş rus dilindəki nəşrindən Azərbaycan dilinə tərcümə olunub.

Kitabın tərtibçisi, “Ön söz”ün müəllifi və redaktoru Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovadır. Nəşrin rəyçisi tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, rus dilindən tərcümə edəni Rəbiqə Nazimqızıdır.      

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: