Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun “Mücrü” kitabı çapdan çıxıb
05.09.2019 11:38
  • A-
  • A
  • A+

Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun “Mücrü” kitabı çapdan çıxıb

Azərbaycan ədəbiyyatında mənsur şeirin yaradıcısı, ədəbiyyatşünas alim, Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun seçilmiş əsərlərinin yer aldığı “Mücrü” kitabı çapdan çıxıb.

Kitaba müəllifin  “Ana”, “Ana qoynu”, “Bir ömrün çıraqları”, “Yağış yağır”, “Biri varmış, biri yoxmuş...”, “Sübh çağı”, “Mücrü”, “Bənövşə əfsanəsi”, “Ay nur çiləyəndə”, “Payız”, “Dünyada bir qadın yaşayır”, “Zirvələr sırasında” , “Poylunun gənc çobanı”, “Qayğı”, “Cavid əbədi deməkdir”, “Füzuli”  kimi bir çox hekayələri, mənsur şeirləri, oçerkləri, eləcə də “Yaşıl təpə döşündə” povesti daxil edilib.

Nəşrin redaktoru və "Ön söz"ün müəllifi AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: