Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Numizmatika elminə dəyərli töhfə
04.09.2019 15:05
  • A-
  • A
  • A+

Numizmatika elminə dəyərli töhfə

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi-fond şöbəsinin müdiri, professor Əli Rəcəblinin müəllifi olduğu “Qaraqoyunlu və Ağqoyunlu sikkələri” kataloqu nəşr edilib.

Kataloq Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda qorunan və Azərbaycan Respublikası ərazisində tapılan sikkələr əsasında hazırlanıb. 

Nəşrə Qaraqoyunlu və Ağqoyunlu hakimləri dövründə Şamaxı, Bakı, Ərdəbil, Mahmudabad, Hillə, Bağdad, Huşni, Ərzincan, Lar, Amid, Van, Sari zərbxanalarında istehsal edilmiş gümüş təngələr daxil edilib. Kataloqda uyğun dövrün tarixi şəraiti və pul təsərrüfatı barədə məlumat yer alıb.

Muzeyin Elmi Şurasının qərarı ilə çap olunmuş bu əsər tarixçilər və Azərbaycan numizmatikası ilə maraqlananlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: