Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı XII Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konqresində iştirak edib
12.09.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı XII Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konqresində iştirak edib

AMEA Şəki Regional Elmi Mərkəzinin ümumi işlər üzrə direktor müavini, Gənc alimlər və mütəxəssislər şurasının sədri Rahim Həsənov avqustun 30-dan sentyabrın 6-dək Rusiya Federasiyası Tatarıstan Muxtar Respublikasının paytaxtı Kazan şəhərində keçirilmiş XII Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konqresində iştirak edib.

Kazan Federal Universitetində təşkil olunan beynəlxalq tədbirə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və digər ölkələrin alim və mütəxəssisləri qatılıblar.

Konqresdə Rahim Həsənov “1917-ci il Rusiyada Fevral inqilabından sonra Azərbaycanda siyasi aktivliyin artması” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə XX əsrin əvvəllərində Azərbaycanın siyasi xadimlərinin Azərbaycan Cümhuriyyətinin yaranması uğrunda apardıqları mübarizədən bəhs olunub .

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: