Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Xarici ölkə alimləri AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində olublar
12.09.2014 00:00
  • A-
  • A
  • A+

Xarici ölkə alimləri AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində olublar

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MTİ) “Şərqi Aralıq dənizi və Qafqazın geodinamikası” layihəsinin rəhbəri Dr.Robert Reilinger, MTİ-nin Yer, Atmosfer və Planetlər bölməsinin elmi işçisi Mayk Floyd, Moskva Dövlət Universitetinin professoru Vadim Milyukov, eləcə də Türkiyənin Yıldız Teknik Universiteti və Gürсüstanın İliya Universitetinin nümayəndələri AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində olublar.

Qeyd edək ki, xarici qonaqlar “Azərbaycan və onunla qonşu ərazilərdə aparılan GPS monitorinqi əsasında müasir geodinamik şəraitə dair əldə edilmiş yeni nəticələrin müzakirəsinə həsr olunmuş beynəlxalq seminar və gənc alimlər üçün payız məktəbi” layihəsi çərçivəsində Bakıda səfərdədirlər.

Görüşdə RSXM-də aparılan elmi-tədqiqat işlərinə dair təqdimat nümayiş etdirilib. Həmçinin, qonaqlar Azərbaycan seysmoloqlarının fəaliyyəti və iş metodu ilə də yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: