Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

XIII əsr şairi Əlinin “Qisseyi-Yusif” poeması Tehranda ana dilimizdə nəşr olunub
30.08.2019 09:12
  • A-
  • A
  • A+

XIII əsr şairi Əlinin “Qisseyi-Yusif” poeması Tehranda ana dilimizdə nəşr olunub

XIII əsr Azərbaycan şairi Əlinin “Qisseyi-Yusif” poeması İran İslam Respublikasının Tehran şəhərində işıq üzü görüb.

Tədqiqatçı Firuz Refahi Ələmdari Moskva Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin kitabxanasında, Nadir kitablar bölümündə mühafizə olunan əlyazma əsasında poemanı həm ərəb, həm də latın qrafikasında hazırlayaraq ilk dəfə nəşr etdirib.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov kitaba “Yusif haqqında ilk türk dastanı” adlı 25 səhifəlik "Ön söz" yazıb.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: