www.science.az
22.08.2019 09:13

Rezidentlik statusu əldə etmiş müəssisələrin əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) rezidentlərin iştirakı ilə geniş tərkibli iclas keçirilib.

İclasda rezidentlik statusu əldə etmiş müəssisələrin fəaliyyəti zamanı qarşıya çıxan problemlərin aradan qaldırılması və səmərəliliyin artırılması istiqamətində bir sıra məsələlər müzakirə olunub.

Sonra rezidentlik statusu əldə etmiş müəssisələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

AMEA İşlər İdarəsinin rəisi, siyasi elmlər doktoru Fətəli Abdullayev bu sahədə görüləcək tədbirlər barədə müəssisə rəhbərlərinə müvafiq göstərişlər verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.