Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

21.08.2019 09:48
  • A-
  • A
  • A+

Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası Gəncə və Goranboyda kurqanları tədqiq edir

Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası Gəncə və Goranboyda kurqanları tədqiq edir

Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası avqustun 19-dan etibarən Gəncə və Goranboy ərazisində tədqiqatlara başlayıb.

Beynəlxalq ekspedisiyanın Azərbaycan tərəfindən həmrəhbəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov və İtaliya tərəfindən İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin (CAMNES) Dini tədqiqatlar departamentinin müdiri, Kataniya Universitetinin professoru Nikola Laneridir. Beynəlxalq ekspedisiyanın tərkibinə Türkiyə, Qazaxıstan, Suriya, Kipr, İsrail və Gürcüstanda arxeoloji tədqiqatlar aparmış CAMNES-in mütəxəssisləri — doktor Stefano Valentini, doktor Quido Quarduççi, Ka' Foskari Venesiya Universitetinin keramika mütəxəssisi, doktor Lorenso Kresçioli, restovrator Karen Abend, həmçinin Türkiyənin Hacettepe Universiteti Antropologiya bölümünün professoru, bioarxeoloq Yılmaz Selim Erdal və Fransanın Lion-2 Universitetinin bioantropoloqu, doktor Modvin Polmark daxildirlər.

Ekspedisiya ötən il Gəncə şəhəri ətrafındakı son tunc — erkən dəmir dövrünə və Goranboy rayonu Qaradağlı kəndi ərazisində aşkar edilmiş ilk tunc dövrünə aid kurqanların ilkin tədqiqatını aparıb. Bu il hər iki abidədə tədqiqatlar davam etdirilməkdədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: