Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Yeni kitablar” başlığı altında sərgi təşkil olunub
20.08.2019 10:42
  • A-
  • A
  • A+

“Yeni kitablar” başlığı altında sərgi təşkil olunub

AMEA Naxçıvan Bölməsində “Yeni kitablar” başlığı altında sərgi təşkil olunub.

Sərgidə bu il nəşr olunan “Naxçıvantəpədə 2018-ci ilin arxeoloji tədqiqatları”, “İbtidai bitkilərin sistematikası”, “Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar”, “Ordubad rayonunun tunc və ilk dəmir dövrü arxeoloji abidələri”, “Naxçıvan Muxtar Respublikasında istedadlı uşaqların inkişafı”, “Azərbaycan dilinin Naxçıvan qrupu şivələrinin Güney Azərbaycan və Şərqi Anadolu şivələri ilə fonetik və leksik müqayisəsi”, “Folklor və dövlətçilik düşüncəsi”, “Nemətullah Naxçıvani: taleyi və sənəti”, “İnancların poetikası” və s. əsərlər yer alıb.

Həmçinin Naxçıvan yazıçıları, Naxçıvanın xüsusi mühafizə olunan təbiət əraziləri, arıçılıq ənənələri, Naxçıvan şəhərinin epiqrafik abidələri ilə bağlı kitablar da nümayiş olunur.

Sərgi ayın sonuna kimi davam edəcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: