Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycan musiqi tarixi” kitabının IV cildinin təqdimatı olacaq
20.08.2019 09:33
  • A-
  • A
  • A+

“Azərbaycan musiqi tarixi” kitabının IV cildinin təqdimatı olacaq

Sentyabrın 20-də görkəmli sənətşünas alim, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərovanın “Azərbaycan musiqi tarixi” kitabının IV cildinin təqdimat mərasimi keçiriləcək.

Kitabın IV cildində ötən əsrin 50-60-cı illərdən sonra formalaşmış bəstəkarlarımızın yaradıcılığının və bu dövrün həyatının ümumi mənzərəsinin təhlili və tədqiqindən bəhs olunur.

Azərbaycan Bəstəkarlar İttifaqında keçiriləcək mərasim Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.

Qeyd edək ki, Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı sentyabrın 18-dən 30-dək davam edəcək. Builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: