Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA Ədəbiyyat İnstitutu ilə Almaniyanın Humboldt Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb
04.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Ədəbiyyat İnstitutu ilə Almaniyanın Humboldt Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb

AMEA Nizami adına Ədəbiyyat İnstitutunda Almaniyanın Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Eva Mariya Aux ilə görüş keçirilmişdir.

 

Görüşdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli Azərbaycanla Almaniya arasında elmi əlaqələrin perspektivləri barədə söhbət açmış, rəhbərlik etdiyi institutun yaranma tarixi, elmi istiqamətləri haqqında qonağa ətraflı məlumat vermişdir. Akademik elmi müəssisələr arasında birgə əməkdaşlıq əlaqələrinin hər iki ölkə üçün faydalı olacağını bildirmişdir.

 

Görüşdən məmnunluğunu bildirən professor Eva Mariya Aux təmsil etdiyi universitetlə Ədəbiyyat İnstitutunun qarşılıqlı elmi əlaqələrinin yaradılmasından məmnun olduğunu bildirmişdir.

 

Görüşün sonunda AMEA Ədəbiyyat İnstitutu ilə Almaniyanın Humboldt Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

 

Qeyd edək ki, bu sənəd Ədəbiyyat İnstitutunun fəaliyyəti dövründə imzalanan ilk beynəlxalq müqavilədir.

 

Sənədlərin imzalanması mərasimində institutun direktor müavini, AMEA-nın müxbir üzvü Teymur Kərimli və institutun elmi katibi, filologiya elmləri doktoru Bədirxan Əhmədov da iştirak etmişlər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: