Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Bakı və Abşeron arxipelaqı adalarında tədqiqat aparılır
14.08.2019 15:56
  • A-
  • A
  • A+

Bakı və Abşeron arxipelaqı adalarında tədqiqat aparılır

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Bakı və Abşeron arxipelaqı adalarında tədqiqat aparırlar.

Mütəxəssislər Xərə Zirə adasının ucqar nöqtələri, sahil xətti, dalğaların yaratdığı relyef formaları, ərazinin morfometrik göstəriciləri, palçıq vulkanı elementlərini tədqiq edib, iqlim ölçmələri aparıblar. Həmçinin ərazinin mənimsənilməsi imkanları araşdırılıb, müşahidə olunan antropogen pozulmaların aradan qaldırılması üçün sahildə və yaxın akvatoriyada təmizlənmə işlərinin aparılmasına ehtiyac olduğu müəyyən edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: