Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Beynəlxalq konfransda müasir kimyanın aktual problemləri müzakirə olunacaq
09.08.2019 09:40
  • A-
  • A
  • A+

Beynəlxalq konfransda müasir kimyanın aktual problemləri müzakirə olunacaq

Oktyabrın 2-dən 4-dək Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) 90 illik yubileyinə həsr olunan “Müasir kimyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfrans AMEA, Kimya Elmləri Bölməsi və NKPİ-nin birgə təşkilatçılığı ilə reallaşdırılacaq.

Konfransın keçirilməsində məqsəd kimya sahəsində son nailiyyətlərin müzakirəsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi, respublika və xarici tədqiqatçılar, elmi-tədqiqat institutları və ali təhsil müəssisələri arasında əlaqələrin yaradılmasıdır. Konfransda, həmçinin kimyanın tədrisi problemləri və yeni yanaşmalar müzakirə olunacaq.

Beynəlxalq tədbirdə “Neft, yanar şistlər, səmt qazları və təbii qazların emalının aktual problemləri”, “Neft-kimya sintezinin perspektiv istiqamətləri, kompüter kimyası”, “Ekologiya və enerji problemlərinin həllində “yaşıl kimya”, “Aqrokimya və farmokimyanın aktual problemləri”, “Nanotexnologiyalar”, “Katalizatorlar, katalitik sistemlər, katalitik proseslər, proseslərin optimallaşdırılması və riyazi modelləşdirilməsi”, “Səthi-aktiv maddələr və xüsusi təyinatlı reagentlər”, “Kimyanın tədrisinə yeni yanaşmalar (elm və təhsilin inteqrasiyası)” bölmələri üzrə plenar, şifahi və stend məruzələrinin dinlənilməsi nəzərdə tutulur.

Konfransa qəbul olunmuş məruzələr haqqında məlumatlar sentyabrın 15-dən müəlliflərə çatdırılacaq.

Daha ətraflı məlumatı institutun www.nkpi.az saytından əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: