Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan iqtisadiyyatının aktual problemləri” kitabı AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil olub
12.06.2014 00:00
  • A-
  • A
  • A+

“Azərbaycan iqtisadiyyatının aktual problemləri” kitabı AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil olub

Azərbaycanın görkəmli iqtisadçı alimi, akademik Əhməd Mahmudovun “Azərbaycan iqtisadiyyatının aktual problemləri” adlı II cilddən ibarət kitabı AMEA Mərkəzi Elmi Kitabxanasınınfonduna daxil olub.

Azərbaycan İqtisadçılar İttifaqı və “İqtisadiyyat” qəzetinin yaradıcı kollektivi tərəfindən hazırlanmış ikicildliyin baş elmi redaktoru Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadədir.

Kitaba akademik Əhməd Mahmudovun iqtisadiyyat və iqtisad elminin aktual problemlərinə dair rus dilində nəşr olunmuş əsas əsərləri daxil edilib. I cilddə Azərbaycanda kənd təsərrüfatı istehsalının effektivliyi və əkinçiliyin intensivləşdirilməsi problemləri nəzərdən keçirilir. II cild isə Sovet hakimiyyəti illərində kəndin inkişafı və Azərbaycanın sosial-iqtisadi tərəqqisi məsələləri, habelə xalq təsərrüfatının strukturunun effektivliyi problemlərinə həsr edilib. İkicildliyin sonuncu bölməsində iqtisad elminin inkişafının aktual məsələləri nəzərdən keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: