Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

AMEA əməkdaşlarının uşaqları üçün təşkil olunan “Mərdəkan” istirahət düşərgəsi davam edir
05.08.2019 12:17
  • A-
  • A
  • A+

AMEA əməkdaşlarının uşaqları üçün təşkil olunan “Mərdəkan” istirahət düşərgəsi davam edir

AMEA rəhbərliyinin və İşlər İdarəsinin dəstəyi ilə Azad Həmkarlar İttifaqı tərəfindən “Mərdəkan” istirahət düşərgəsində AMEA əməkdaşlarının uşaqlarının yay tətilinin səmərəli keçirilməsi üçün düşərgə təşkil edilir.

Yay mövsümünün sonuna qədər davam edəcək düşərgədə 7-14 yaş arası məktəbli uşaqların istirahəti nəzərdə tutulur. İstirahət müddəti hər biri 14 gün olmaqla 5 növbədə təşkil edilib.

Övladlarının yay tətilini son 2 növbə üzrə (10-24 avqust və 27 avqust - 10 sentyabr) təhlükəsiz və rahat mühitdə əylənərək keçirməsini istəyən AMEA-nın əməkdaşı olan valideynlər “Mərdəkan” istirahət düşərgəsinə müraciət edə bilərlər. Bir növbə üçün adambaşı ödəniş haqqı 250 manatdır (100 manat valideyn tərəfindən, 150 manat isə institutun Həmkarlar Komitəsinin fondundan ödəniləcək).

Düşərgədə komfortlu kotteclərdə gündə 4 dəfə qidalanma, ingilis dili və rəqs məşğələləri, məntiqi-əyləncəli oyunlar, yarışmalar, diskoteka, ekskursiyalar, gündəlik idman nəzərdə tutulur. Kompleksin ərazisində hovuz, tennis, qum üzərində futbol və voleybol meydançaları var. Bundan əlavə, 24 saat həkim və kamera nəzarəti mövcuddur.

Tel: (+994 12) 454 10 50, (+994 50) 282 19 80, (+994 77) 424 01 85.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: