Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
S.Məmmədəliyeva bu mükafata Prezident İlham Əliyevin "UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin təltif edilməsi haqqında" 1 avqust 2019-cu il tarixli Sərəncamına əsasən layiq görülüb.
Bundan əlavə, Sərəncamda S.Məmmədəliyevanın Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etdiyi qeyd olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.