www.science.az
26.07.2019 12:15

İbrahim Tahirin Ömər Xəyyamın rübailərindən etdiyi tərcümələr kitab halında çap olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən XIX əsrin sonları - XX əsrin I yarısında yaşamış şair, Qarabağ ədəbi mühitinin yetirməsi İbrahim Tahir Musayevin (1869-1943) böyük fars şairi Ömər Xəyyam rübailərindən dilimizə etdiyi tərcümələri kitab halında çap edilib.

Kitabın tərtibçisi şairin nəticəsi Akif Quliyev, nəşrə hazırlayanlar - filologiya üzrə elmlər doktoru Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru Sevər Cabbarlıdır. Filologiya üzrə elmlər doktorları - Paşa KərimovRaqub Kərimov nəşrin “Ön söz”ünün müəllifləri və elmi redaktorlarıdır.

Vəsait İbrahim Tahirin 150 illik yubileyinə həsr edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.