Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK-in fondlarına tibb elminə dair yeni kitablar daxil olub
16.07.2019 09:07
  • A-
  • A
  • A+

MEK-in fondlarına tibb elminə dair yeni kitablar daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) tibb elminə aid kitab fondlarına yeni dəyərli sənədlər daxil olub.

Çap və elektron formatda olan nəşrləri kitabxanaya Azərbaycan Tibb Universitetinin 1-ci Cərrahiyyə xəstəlikləri kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov hədiyyə edib. Kolleksiyada “Cərrahi xəstəliklər”, “Cərrahi xəstəliklər. Hərbi səhra cərrahiyyəsi fənni üzrə tədris proqramı”, “Cərrahiyyə üzrə klinik və praktiki səriştələr”, “Çoxdilli anatomiya terminləri lüğəti”, “Düz bağırsaq və anal nahiyənin cərrahi xəstəlikləri”, “Əhliman Tapdıq oğlu Əmiraslanov - biblioqrafiya” və digər kitablar yer alıb.

Oxucular, eyni zamanda “Kardiovasküler sözlük”, “Öd yollarının cərrahi xəstəlikləri”, “Portal hipertenziya”, “Qalxanabənzər vəzinin cərrahi xəstəlikləri”, “Qaraciyər regenerasiyası”, “Qaraciyər rezeksiyası”, “Canlıdan qaraciyər transplantasiyasında əməliyyatdan əvvəl və sonrakı müayinə və müalicə qaydaları”, “Qarın boşluğu üzvlərinin təxirəsalınmaz cərrahlığı” (rəhbərlik), “Təcili abdominal cərrahiyyədə müayinə və müalicə qaydaları”, “Türkdilli xalqların qastroenteroloji terminlər lüğəti” nəşrləri ilə tanış ola bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: