www.science.az
15.07.2019 12:11

“Tanıdığımız və tanımadığımız Yaqub Mahmudov” kitabı işıq üzü görüb

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinə həsr olunan növbəti əsər - “Tanıdığımız və tanımadığımız Yaqub Mahmudov” kitabı nəşr olunub.

Kitabın "Ön söz"ünün müəllifi AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir.

Kitaba Milli Məclisin deputatları, görkəmli alimlər, tanınmış jurnalistlər və başqalarının Yaqub Mahmudov haqqında məqalələri, xatirələri daxil edilib. O, yazılarda Azərbaycan tarix elminin patriarxı adlandırılıb.

Bundan əlavə, əsərdə akademikin həyat və elmi yaradıcılığı, layiq görüldüyü mükafatlar, Tarix İnstitutunun son illərdə əldə etdiyi uğurlara da yer verilib.

Qeyd edək ki, bundan əvvəl alimə həsr olunan 4 kitab - “Şərəfli ömrün bir səhifəsi: Tarix fakültəsi (1986-1990)”, “Yaqub Mahmudovun tarixçilər məktəbi”, “Akademik Yaqub Mahmudov elmi yaradıcılığında Qarabağ mövzusu” və “Azərbaycan naminə” əsərləri işıq üzü görüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.