Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AzScienceNet şəbəkəsində İnternet xidmətinin verilməsində yaranan fasilə ilə bağlı açıqlama
12.07.2019 16:49
  • A-
  • A
  • A+

AzScienceNet şəbəkəsində İnternet xidmətinin verilməsində yaranan fasilə ilə bağlı açıqlama

Nəzərinizə çatdırmaq istəyirik ki, 12.07.2019 tarixində saat 02:13 radələrində qlobal internet provayderlərindən olan “Level 3” və GEANT təşkilatının qoşulma nöqtələrində bu təşkilatların əməkdaşları tərəfindən aparılan quraşdırma işləri nəticəsində AzScienceNet şəbəkəsinin GEANT təşkilatından gələn xəttində qırılma baş verib. Bunun nəticəsində Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra qurumlarına, o cümlədən AMEA Rəyasət Heyətinin inzibati binasına internet xidmətinin verilməsində fasilə yaranıb. Gecə saatlarında yaranan problem AzScienceNet şəbəkəsinin əməkdaşları tərəfindən dərhal aşkarlanıb və aidiyyatı təşkilatlar məsələdən xəbərdar edilib. Yaranan nasazlıq elə həmin tarixdə saat 12:06 radələrində aradan qaldırılıb.

Xatırladaq ki, GEANT Avropanın Elm və Təhsil institutları arasında olan şəbəkənin qurucusu və həm də yeganə operatoru rolunu yerinə yetirən təşkilatdır. Bu təşkilat 10 mindən çox quruma və 50 milyondan çox istifadəçiyə xidmət göstərir. “Level 3” isə 5 ən böyük qlobal telekommunikasiya şirkətlərindən biri olan “Century Link” şirkətinin internet xidmətini həyata keçirən qoludur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: