Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub
11.07.2019 09:19
  • A-
  • A
  • A+

Azərbaycan alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və rəsədxananın Kosmik plazma və heliogeofiziki problemlər şöbəsinin elmi işçisi Sədi Hüseynovun həmmüəllifi olduğu elmi məqalə nüfuzlu elmi jurnalda dərc edilib.

Məqalə Rusiyanın “Plasma Pysics Reports” elmi jurnalının (Impact Factor 0.941) 2019-cu il üçün buraxılışında dərc olunub.

“İkikomponentli anizotrop plazmada MHD dalğaları və dayanıqsızlıqları” sərlövhəli məqalədə 16-momentli MHD köçürmə tənlikləri əsasında anizotrop kosmik plazmada dalğaların yayılması və dayanıqsızlıqların yaranması probleminə baxılıb.

Məsələnin həlli ikikomponentli plazma (elektron və ion) halı və maqnit sahəsi boyunca istilik selinin mövcudluğu üçün tapılıb. MHD yaxınlaşmasında tapılmış həllər kinetik yaxınlaşma ilə müqayisə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: