Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Məmməd Cəfər. Hüseyn Cavid" monoqrafiyası işıq üzü görüb
09.07.2019 11:18
  • A-
  • A
  • A+

"Məmməd Cəfər. Hüseyn Cavid" monoqrafiyası işıq üzü görüb

AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən "Məmməd Cəfər. Hüseyn Cavid" monoqrafiyası çap olunub.

Vəsait ölkə başçısının "Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında" 15 aprel 2019-cu il tarixli Sərəncamı əsasında AMEA Rəyasət Heyətinin 31 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində çap olunub.

Nəşrin tərtibçisi və "Ön söz"ün müəllifi muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, elmi redaktorları - AMEA-nın vitse-prezidenti, akademik İsa HəbibbəyliHumanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlidir.

Kitab Hüseyn Cavid yaradıcılığının ilk monoqrafik tədqiqatçısı, akademik Məmməd Cəfərin 1960-cı ildə çap olunmuş eyniadlı monoqrafiyasının yeni tərtibatda təkrar nəşridir. Cavidşünaslığın bir elm kimi formalaşmasında mühüm rol oynayan monoqrafiya Hüseyn Cavid yaradıcılığına müraciət edən bir çox tədqiqatçı üçün dəyərli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: