Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Rasim Əliquliyev beynəlxalq konfransda iştirak edib
27.06.2019 11:00
  • A-
  • A
  • A+

Akademik Rasim Əliquliyev beynəlxalq konfransda iştirak edib

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Estoniyanın paytaxtı Tallində keçirilən “Terena Networking Conference” (TNC19) beynəlxalq konfransı və GEANT Assosiasiyasının Baş Assambleyasının iclaslarında iştirak edib.

Konfransa Avropanın bütün aparıcı şəbəkə təşkilatlarını, ali təhsil müəssisələrini, şəbəkə mütəxəssislərini, eləcə də sənaye nümayəndələrini təmsil edən 800-dən çox mütəxəssis qatılıb.

Tədbir iştirakçılarına elmi və texniki sahə ilə yanaşı, tətbiqi və idarəetmə sahələri üzrə tədqiqat şəbəkələrinin ən son nailiyyətləri barədə məlumat təqdim edilib. 

Qeyd edək ki, GEANT Avropanın 36 Milli Elm və Təhsil Şəbəkəsini birləşdirən assosiasiyadır. GEANT Assosiasiyasında və onun tərəfdaş olduğu layihələrdə Azərbaycanı müvafiq dövlət qurumlarının (AMEA, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi) rəsmi dəstəyi ilə İnformasiya Texnologiyaları İnstitutu təmsil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: