Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.06.2019 14:25
  • A-
  • A
  • A+

Professor Tərbiz Əliyev Rusiya Təbiət Elmləri Akademiyasının fəxri adına layiq görülüb

Professor Tərbiz Əliyev Rusiya Təbiət Elmləri Akademiyasının fəxri adına layiq görülüb

AMEA İqtisadiyyat İnstitutunun Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev Rusiya Təbiət Elmləri Akademiyası (TEA) Rəyasət Heyətinin qərarı ilə Alimlərin, Müəllimlərin və Mütəxəssislərin Beynəlxalq Assosiasiyasının “Əməkdar elm və texnika xadimi” fəxri adına layiq görülüb və medalla təltif edilib.

Alim bu mükafata dünya elminin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Qeyd edək ki, professor Tərbiz Əliyev iki il öncə Avropa Elmi-Sənaye Konsorsiumu və Rusiya TEA-nın təsisçiliyi ilə “Əməkdar elm və təhsil xadimi” fəxri adı, V.İ.Vernadski adına “Qızıl medal” və “Əmək və bilik” ordeni ilə təltif edilmişdi. O, Avropa Elmi-Sənaye Konsorsiumu tərəfindən “Adam Smit” qızıl medalı almış ilk azərbaycanlı alimdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: