Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Mərkəzi Elmi Kitabxanada “Abbasqulu Ağa Bakıxanov – 225” adlı sərgi açılıb
20.06.2019 14:21
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada “Abbasqulu Ağa Bakıxanov – 225” adlı sərgi açılıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Abbasqulu Ağa Bakıxanov – 225” sərgisi təşkil olunub.

Görkəmli Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri və maarifçisi Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 225-ci ildönümünə həsr olunan sərgidə alimin Azərbaycan və rus dillərində “Seçilmiş əsərlər”i, “Qüdsinin sərgüzəştləri”, “Hind əfsanəsi”, “Bədii əsərlər”, “Əsrarül-mələküt”, “Gülüstani-İrəm” kitabları, eləcə də elmi və ədəbi irsinin digər nümunələri nümayiş olunur.

Sərgi iyul ayının 2-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: